İnsanlara hürriyət, millətlərə istiqlal!

Saleh Məmmədov: “Nobel prospekti yenidən qurulacaq” - FOTOLAR

1056 22.02.2019 13:31 Ölkə A A

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər.

Musavat.com xəbər verir ki, 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə güllər düzülüb.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gedərək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Jurnalistlərə açıqlama verən Saleh Məmmədov bildirib ki, Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolu bu ilin sonundan ödənişli olacaq.

Onun sözlərinə görə, artıq yolun ödənişli olması ilə bağlı lazımi tədbirlər görülüb: "Bu yolun əvvəlcə ödənişli olması müəyyən edilməmişdi. Sonradan qərara alındı ki, eyni yola alternativ yol var və ona görə də həmin yol ödənişli ola bilər. Bununla bağlı biz aidiyyəti qurumlara təklif vermişik. Təklif Prezident İlham Əliyev və Nazirlər Kabineti tərəfindən qəbul olunub".

S.Məmmədov bu ilin sonuna qədər həmin yolun 172 kilometrlik hissəsinin ödənişli istifadəsinin nəzərdə tutulduğunu qeyd edib.

S.Məmmədov həmçinin məlumat verib ki, Bakının Nobel prospektinin gələn il yenidən qurulması planlaşdırılır. Onun sözlərinə görə, bununla bağlı plan da var: "Nobel prospektinin yenidən təmir olunması və burada əvvəlcədən nəzərə alınmayan intensivliyin aradan qaldırılması gələn ilin planlarında nəzərə alınacaq. Gələn il prospektin yenidən qurulması nəzərdə tutulub".

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR