İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə və əri xoruz döyüşdürməyə görə 3 il həbs aldı

2995 24.10.2014 16:12 Maraqlı A A
İngiltərədə Rumıniya şahzadəsi İrina Uolker və əri Uesli Uolker öz malikanələrində xoruz döyüşü təşkil etdiklərinə görə məhkum ediliblər.

Virtualaz.org saytı gazeta.ru-ya istinadən xəbər verir ki, onların barəsində 3 il şərti həbs və 200 min dollar cərimə cəzası qərarı verilib.

Şahzadə bu ittihamlar üzrə özünü təqsirli bilib.

“Mən bu işə qarışdığıma görə çox təəssüflənirəm. Mənim qanuna qarşı getmək fikrim olmamışdı” - deyə İrina Uolker şahzadə bildirib.

Mənbə bildirir ki, şahzadə və əri 2013-cü ilin avqustunda Morroudakı malikanələrində xoruz döyüşü keçirməyə və qumar oyunu təşkil etməyə görə həbs olunmuşdular. Şahzadə və əri xoruz döyüşündə qalib gələn xoruza görə mükafat təyin ediblər.

İrina və Uesli Uolkerlər

İrina Uolker İrina Kryuger kimi də tanınır. O, Rumıniyanın sonuncu kralının qızıdır.

Virtualaz.org hər il Novruz bayramında xoruz döyüşü təşkil edənlərə, xüsusən Bakı kəndlərinin cavanlarına məsləhət görür ki, Britaniyaya yolları düşəndə bu fikrə düşməkdən çəkinsinlər. 

Əks halda Azərbaycanda bəh-bəhlə izlənilən bu yarışa görə onları həbsə və yüz minlərlə dollar cəriməyə məhkum edərlər. Axı sivil dünyada heyvanlarla bu cür qəddar rəftara görə əməlli-başlı məsuliyyət nəzərdə tutulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR