İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞAHVƏLƏD ÇOBANOĞLU FƏTULLAYEVİN TƏŞKİLATINDA OLMAYACAQ

2180 10.08.2011 09:52 Media A A
“Azərbaycanda cəzaçəkmə müəssisələrində ciddi problemlər var. Artıq bununla bağlı Ədliyyə Nazirliyinə də müraciət etmişik. Onlara dedim ki, bu gün siz həbsxanalarda monitorinq keçirənləri aldada bilərsiniz, amma məni əsla. Əgər hökumət Penitensiar Xidmətdə hansısa islahatların keçirilməsini arzulayırsa, onda bizim monitorinqlərə şərait yaratsın. ATƏT nümayəndələri ilə görüşlərimiz olub. Belə başa düşürəm ki, həbsxanalarda monitorinq keçirilməsi ilə bağlı heç bir problem olmayacaq. Onlara dedim ki, bizim yoxlamalar beynəlxalq donorların dəstəyi ilə həyata keçiriləcək”.
O qeyd edib ki, bu yaxınlarda insan haqları ilə bağlı geniş kampaniyaya başlayacaqlar. Onu da bildirək ki, yeni yaranmış təşkilatda Fətullayevin rəhbərlik etdiyi keçmiş kollektivdən də simalar təmsil olunur. Jurnalist Natiq Cavadlı mətbuat məsələləri ilə məşğul olur. Ancaq çox maraqlıdır ki, tanınmış jurnalist, “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlunun bu təşkilatın fəaliyyətində iştirakı nəzərə çarpmır. Ş.Çobanoğlu uzun müddət E.Fətullayevlə birlikdə çalışıb. Görəsən, Ş.Çobanoğlu yeni yaranmış hüquq müdafiəsi təşkilatında varmı?
Ş.Çobanoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu layihəni bəyənir: “Mən ölkədə yeni hüquq müdafiə təşkilatlarının yaranmasına çağırış edənlərdən biriyəm. Bu layihəni də bəyənirəm. Yeni təşkilatın uğur qazanacağına və cəmiyyətə fayda verəcəyinə də ümid edirəm. Təşkilatın ictimai əhəmiyyətini qəbul etdiyim layihələrinə köməyimi də əsirgəməyəcəyəm. ”
E.Fətullayev isə Ş.Çobanoğlunun bu layihədə olmayacağını söylədi: “Şahvələd bəy bizim dostumuzdu. Ancaq bu hərəkatda fəaliyyət göstərmək istəyi yoxdur. O, daha çox jurnalistika fəaliyyəti ilə məşğuldur, buna görə də onun vaxtı yoxdur. Amma bir jurnalist kimi bizə kömək edəcək.”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR