İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahil Babayev: DOST layihəsi bu il 5 nüfuzlu beynəlxalq mükafatla təltif olunub

360 06.05.2022 18:43 Ölkə A A

Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətləri, həmçinin DOST konsepsiyası beynəlxalq səviyyədə də böyük maraq kəsb edərək yüksək dəyərləndirilir. DOST layihəsi bu ilin ötən dövründə 5 nüfuzlu beynəlxalq mükafatla təltif olunub.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

“2022-ci ilin ötən dövründə DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər mükafatına, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına layiq görülüb. Həmçinin DOST Agentliyinin Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) "Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022" müsabiqəsinə təqdim etdiyi üç layihənin hər biri də müsabiqənin qalibi olub”.

Ötən dövrdə 850 minədək vətəndaşın DOST xidmətlərindən faydalandığını qeyd edən nazir bildirib ki, Dövlət Sosial Müdafiə Fondunda aparılan, "inzibati yanaşma" modelindən "vətəndaşlara xidmət" modelinə keçidi, şəffaf, əhali üçün daha rahat, əlverişli xidmətlərin göstərilməsini, xidmətlərin rəqəmsal və proaktiv təqdim olunmasını təmin edən islahatlar da beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.

“DSMF bu il ərzində Böyük Britaniyanın "iESE - The Public Sector Transformation" Təşkilatının təşkil etdiyi "Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat" müsabiqəsində iştirak edərək "2022-ci ilin Beynəlxalq Dövlət Qurumu" ali mükafatına, sosial təminat və innovasiyalar sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində qabaqcıl metod və həll yollarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına layiq görülüb. Bu günlərdə isə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının daha bir müsabiqəsində qalib gələrək "Ən yaxşı mütərəqqi təcrübə" mükafatı ilə təltif edilib”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR