İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibsiz pişiklər üçün yataqlar hazırladılar

1472 20.04.2017 04:49 Maraqlı A A

Tanınmış mebel istehsalçısı IKEA Kanadadakı pişik sığınacağında yaşayan pişiklər üçün gəlincik yataqları hazırlayıb. Kampaniya Torontoda yerləşən pişik sığınma evlərinə 10 yatacaq yeri, eləcə də 300 dollar məbləğində maddi yardım edib. Lenta.ru saytı “Metro”ya istinadən xəbər verir ki, pişiklər üçün yatacağın hazırlanması yeni ideya deyil.

 

Bir neçə ay öncə Yaponiyada da bu dəb halını almış və ev heyvanı sahibləri onlara xüsusi yataqlar hazırlayıb, onun fotolarını internetdə yaymışdılar. Torontodakı bu sığınacaqda isə pişiklər nəinki yatır, eyni zamanda soyuq döşəmədə üşüyəndə ora hoppanıb istilənirlər. Sığınma evi kommersiya qurumu sayılmasa da, burada bütün sahibsiz heyvanlara yatacaq yeri yoxdur. Pişiklərdən bəziləri bu yatağı öz təyinatı üzrə istifadə edib, orda yatdıqları halda, bir çoxları da sadəcə odeyalın altında gizlənməyi tərcih ediblər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR