Qida zəncirinin mühüm sahələrində sahibkarlıq subyektlərində işləyənlər tibbi müayinədən keçəcəklər.
Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bugünkü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu iş Səhiyyə Nazirliyi ilə birgə həyata keçiriləcək: "Həmin əməkdaşların hansı formada tibbi müayinədən keçməsi bilavasitə sahibkarliq subyektlerinin rəhbərlərinin üzərinə düşür. Biz sadəcə dövlət nəzarətini icra edəcəyik. Həmin işçilər Səhiyyə Nazirliyinin müvafiq tibbi mərkəzlərində isə tibbi müayinələrə cəlb olunacaq. Onlar tibbi kartlarla təmin olunacaqlar".
Ləman Mustafaqızı,
Musavat.com






