İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir

341 18.03.2025 15:17 Gündəm A A

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Lisenziyalar və icazələr haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilən ərazilərin rezidentləri tərəfindən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rusumlarından azad edilib. Azadolmalar İqtisadiyyat Nazirliyi tərəfindən verilən təsdiqedici sənəd əsasında tətbiq edilir.

Qeyd edilən təsdiqedici sənədin "sahibkarlıq fəaliyyətinə verilən icazə" xarakterli olması nəzərə alınmaqla layihədə "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 75-ci maddəsi yeni redaksiyada veriləcək. Bununla da işğaldan azad edilən ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd də icazələrin siyahısına daxil ediləcək.

Bu qanun həmin təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədə olacaq.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR