İnsanlara hürriyət, millətlərə istiqlal!

SAHİBKARLIĞA KÖMƏK MİLLİ FONDUNUN VERDİYİ KREDİTLƏR ƏLÇATAN DEYİL

1390 20.04.2010 09:34 İqtisadiyyat A A
Bir layihə isə uşaq qidası istehsalının təşkilini həyata keçirəcək. Bu layihələrin maliyyələşdirilməsi üçün onların hər birinə uzunmüddətli kreditlər veriləcək. Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondu quşçuluq və digər təsərrüfatların yaradılması üzrə təkliflərin də qəbuluna başlayıb. Sual yaradan məqam dövlət büdcəsindən sahibkarlığın inkişafı üçün nəzərdə tutulan bu vəsaitlərə bütün sahibkarlıq subyektlərinin əlçatanlığının təmin edilib-edilməməsidir. Belə ki, kreditlərin verilməsi mexanizmi sadələşdirilsə də müəyyən əngəllər qalmaqdadır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, kreditlərin verilməsi zamanı şəffaflıq, o cümlədən monitorinq mexanizmlərinin olması vacibdir: “Təəssüf ki, kreditlərin verilməsinə nəzarət edən və qərar verən Müşahidə Şurasında vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmir. Banklarda 100 min manat kredit almaq üçün illərdir növbəyə dayanan sahibkarlar kredit ala bilmirlər. Amma yalnız bir sahibkar 3 milyon manat kredit alır. Sahibkarlarla söhbətlər göstərir ki, onların kredit almasında problemlər var. Banklara müraciət edən zaman sahibkarlara qərarın fond tərəfindən verildiyi söylənilir. Çox vaxt sahibkarların müraciəti müsbət qiymətləndirilmir. Bankirlərin özləri etiraf edirlər ki, son qərarı doğrudan da fond verir”.
Maliyyə böhranı ərəfəsində və böhrandan sonra Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini əhəmiyyətli hesab edən ekspert qonşu dövlətlərdə bu sahədə görülən işləri önə çəkdi: “Rusiyada verilən kreditlərin həcmi artırılmaqla yanaşı, prosesə nəzarət mexanizmləri gücləndirildi. Bu ölkənin baş nazirinin əmri ilə yeni fəaliyyətə başlayan sahibkarlar hökumətdən 10 min dollar həcmində kredit alırdılar. Sonrakı prosesdə onlar müvafiq fonda müraciət edərək, dövlət yardımlarında da iştirak edirdilər. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti böhranın təsirlərinin azaldılması baxımından vacibdir”.
2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarların kreditləşməsinin həcmi minimum 115 mln. manat təşkil edəcək. Həmin vəsaitdən 44 mln. manatı dövlət büdcəsindən ayırmalar, 71 mln.-u fondun əvvəllər verdiyi kredit və kreditlərə görə faizlər üzrə qaytarmalar olacaq. Bu istiqamətə 115 milyon manatın ayrılmasını böyük rəqəm hesab edən ekspert şəffaflığın yaradılmayacağı təqdirdə kreditlərin iqtisadi əhəmiyyətinin olmayacağını vurğuladı: “Son illər fond 500 milyon manatdan çox kredit verib. Həmin krediti hansı şirkətlərin, sahibkarların aldığı məlum deyil.
Həmçinin nəzərə alsaq ki, xaricdən vəsait cəlb etmək imkanları olduqca məhduddur, eyni zamanda kommersiya bankları kreditlər təklif etmir, o baxımdan dövlət dəstəyi vacibdir. Amma sahibkarlar bunu hiss etmir. Nəticədə bağlanan iş yerlərinin sayı artır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR