Ölkədə fəaliyyət göstərən sahibkarların qeyri-qanuni yollarla ölkədən xaricə yüklü pul, sərvət çıxartması dəfələrlə prezident İlham Əliyev tərəfindən tənqid olunub. Eyni zamanda bunun ölkə iqtisadiyyatına vurduğu ziyan da ciddi müzakirə mövzusudur.
Pandemiyadan sonrakı Azərbaycan iqtisadiyyatı, bu sahədə gözlənilən fəsadlar sahibkarları narahat edir. Nələr olacaq? Çıxış yolları nələrdir? Toyların keçirilməsi ilə bağlı yeni qaydalarda nələr əks olunmalıdır? Restoranların fəaliyyəti pandemiya dönəmi üçün qənaətbəxş səviyyədədirmi?
Bu və digər sualların cavabı hazırda sahibkar Mürvət Həsənli və ekspert Şahin Nəcəfov tərəfindən "Canlı debat"da müzakirə olunur. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.
Bunun üçün Musavat.com-un “Facebook” və ya “Youtube” səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatıla bilərsiniz.
“Youtube”dakı səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
“Facebook”dakı səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






