SAHİBKARLAR NƏQLİYYAT NAZİRLİYİNİN QARŞISINDA AKSİYA KEÇİRƏCƏK
Bu barədə “Yeni Müsavat”a hüquqları tapdalanmış sahibkar Qəzənfər Şabanov məlumat verib. Onun sözlərinə görə, nazirlik adı çəkilən keçidi təmir etdikdən sonra ona məxsus 64 kvadratmetr sahəsi olan mağazanı başqa şəxsə satıb: “ Nəqliyyat Nazirliyi keçidi təmir etdikdən sonra ”ZQAN-holdiq"ə icarəyə verib. Holdinqin rəhbərliyi isə obyektlərimizi bizdən xəbərsiz kənar şəxslərə satıb. Nəticədə bir vaxtlar keçiddə ticarətlə məşğul olan sahibkarlar, Qarabağ əlilləri, şəhid ailələri və məcburi köçkünlər işsiz qalıb".
Q. Şabanovun sözlərinə görə, narazılar ötən həftə sözü gedən məsələ ilə bağlı şirkət qarşısında aksiya keçirib: “Tezliklə şikayətimizə baxılacağına söz verilsə də, amma hələ ki bir məlumat yoxdur. Bu səbəbdən narazılar mayın 4-də Nəqliyyat Nazirliyi və şirkətin qarşısında aksiya keçirməyə qərar veriblər”.