SAHİBKARLAR NƏQLİYYAT NAZİRLİYİ QARŞISINDA AKSİYAYA HAZIRLAŞIR
Bizim obyektləri ”Azəryolservis" yox, “ZQAN-Holdinq” satıb və hazırda Cəfər Cabbarlı heykəlinin yaxınlığındakı keçiddəki mağazalara bu qurum nəzarət edir. Amma nədənsə nazirliyin əməkdaşları ərizələrimizi “Azəryolservis”ə göndərib. Görünür, işlə məşğul olan nazirliyin əməkdaşları holdinqin prezidenti Anar Məmmədovun qəzəbindən qorxduqları üçün belə bir qanunsuzluğa əl atıblar".
Şikayətlərini davam etdirəcəklərini söyləyən H. İsmiyev üzləşdikləri problemlə bağlı oktyabrın 15-16-da Nəqliyyat Nazirliyi qarşısında aksiya keçirəcəklərini dedi: “Bizim şikayətimizdən hamının xəbəri var. Dövlət qurumlarında işləyənlər yaxşı bilir ki, şirkətlər qrupunun rəhbərliyi bizlərə məxsus obyektləri əlimizdən alaraq başqa şəxslərə baha qiymətə satıb. Bununla belə, heç kəs Ziya Məmmədova yaxın düşmək istəmir. Nazirlik isə obyektlərimizin qanunsuz satıldığını bildiyindən ərizələrimizə cavab verməkdən yayınır”.
Sahibkar sonda obyektlərinin əllərindən alınması və ayrı-seçkiliyə yol verilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət etdiklərini də söylədi: “Keçiddə yalnız bizlərə mağaza verilməyib. Vaxtilə bizimlə bərabər orada ticarətlə məşğul olanların bir qismi indi də orada işləyir. Yol verilmiş ayrı-seçkiliklə əlaqədar məhkəməyə şikayət etmişik. Artıq iş icraata götürülüb”.