İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Pakistan Senatının və Milli Assambleyasının sədrlərinə başsağlığı verib

560 27.08.2022 22:50 Dünya A A

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Senatının və Milli Assambleyasının sədrlərinə başsağlığı verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a bildirilib ki, Sahibə Qafarova Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə və Senatın sədri Məhəmməd Sadiq Sancraniyə başsağlığı məktubları ünvanlayıb.

Spiker həmkarlarına, qardaş Pakistan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, faciə nəticəsində yaralananlara şəfa dilədiyini qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR