İnsanlara hürriyət, millətlərə istiqlal!

Sadə vətəndaşlar jurnalist Xədicə İsmayılın həbsindən xəbərdardırmı? VİDEOSORĞU

2848 09.12.2014 13:26 Son xəbər A A
Hazırda gündəmin ən aktual hadisələrindən biri jurnalist Xədicə İsmayılın həbsidir. 

Adətən, demokratik dövlətlərdə bu cür hadisələr kiçik bir qrupun deyil, bütün cəmiyyətin diqqətində olur, istər ictimaiyyət nümayəndələri, istərsə də sadə insanların müzakirə mövzusunu məhz bu kimi hadisələr təşkil edir. 

Bəs görəsən, Azərbaycanda necə, bir jurnalistin həbs olunması cəmiyyətdə əks-səda doğururmu? İnsanlar Xədicə İsmayılın həbsindən xəbərdardırmı?

Bu suallara cavab tapmaq üçün musavat.com –un əməkdaşları şəhər sakinləri arasında sorğu keçirib. İnsanlardan ötən həftə baş verən hadisələrdən hansını daha çox xatırladıqlarını soruşduq. 

Bir çoxları Rusiya prezidenti Putinin Türkiyəyə səfərini, bəziləri Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasındakı uğurunu xatırladığını bildirdi. 

Jurnalist Xədicə İsmayılın həbsindən xəbərdar olanlar olsa da, onu tanımayanlar da az deyildi. 

Daha ətraflı aşağıda təqdim etdiyimiz videoda izləyin.


Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR