İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabunçu rayonunda iki avtomobil toqquşdu, xəsarət alanlar var

725 02.07.2020 05:05 Kriminal A A

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində iki avtomobilin toqquşması zamanı 32 yaşlı Ramazanova Natalia Ramazan qızı, 30 yaşlı Məmmədova Fidan İlham qızı və 26 yaşlı Hüseynov Hüseynəli Rafiq oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. N.Ramazanovaya döş qəfəsinin əziyi, F.Məmmədovaya qabırğaların sınığı və H.Hüseynova isə bədənin müxtəlif yerlərinin əziyi diaqnozları qoyulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR