Şabranda yol-nəqliyyat hadisəsi zamanı ölənin kimliyi bəlli olub - FOTO
Şabran rayon ərazisinin Gəndov massivində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi bəlli olub.
"Report" xəbər verir ki, bu, rayonun Gəndov kənd sakini 1974-cü il təvəllüdlü Bağırov Qalib Məmmədəli oğludur.
Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralılar - Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şixalıyev Elşən Rasim oğlunun və Şabran rayon Mollakamallı kənd sakini 1958-ci il təvəllüdlü Musayev Atakişi Ramazan oğlunun vəziyyəti isə hazırda ağır olaraq qalır. Onlar kəllə-beyin zədəsi alıblar.






