İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda maşın vurması nəticəsində ölən piyadanın şəxsiyyəti məlum olub- YENİLƏNİB

838 13.11.2018 23:23 Hadisə A A

Şabran rayonunun Ağalıq kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şabran Rayon Mərkəzi Xəstəxanasından "Report"un Şimal bürosuna verilən məlumata görə, axşam saatlarında tibb müəssisəsinə "təcili yardım" maşını ilə şəxsiyyəti məlum olmayan kişi meyiti daxil olub.

Onun avtomobillə vurulduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Bundan əvvəl Ağstafada avtomobil piyadanı vuraraq öldürüb.

***

Şabran rayonunda avtomobillə vurularaq ölən piyadanın şəxsiyyəti məlum olub.

“Report” Şimal bürosu xəbər verir ki, bu, rayonun Ağalıq kənd sakini Əzizov Nurəddin Əhməd oğludur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR