İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabran sakinindən marixuana götürülüb

378 01.05.2019 16:09 Kriminal A A

Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini X.Babayev saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ondan çəkisi 414 qram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyənləşdirilib. Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəhər sakini M.Quliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan narkotik vasitə olan marixuana, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR