İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirbadda traktorla mikroavtobus toqquşdu: 14 yaşlı məktəbli dünyasını dəyişdi

697 27.11.2018 12:32 Ölkə A A

Bu gün səhər saatlarında Sabirabad rayonunun Şəhriyar kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, kənd sakini Ramiz Alış oğlu Abdullayev idarə etdiyi kotan qoşulmuş traktorla baş yola çıxmaq istəyərkən yolda hərəkətdə olan “Ford-Tranzit” markalı mikroavtobusla toqquşub. Hadisə nəticəsində traktorun kabinəsində məktəbə gedən Ramiz Abdullayevin oğlu, 7-ci sinif şagirdi Rasət yerə yıxılıb, traktordan qopmuş təkər isə onun üstündən keçib. Rasət Abdullayev aldığı ağır vəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisənin traktorçunun qatı dumana görə yolu görməməsi səbəbindən baş verdiyi deyilir.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR