Hazırda fəlakət bölgəsində olan əməkdaşımız Emil Salamoğlunun verdiyi məlumata görə malyariya xəstəli ilə əlaqədar sakinlər arasında ciddi panika yaranıb: “Vəziyyət stabil olaraq qalır. Püşlər, Qaraqaşlı, Çölabbaslı və Qaragünə kəndlərində sel suları çəkildiyi üçün Şirvanda çadır şəhərciyində məskunlaşan əhali bu səhər öz evlərinə qayıdıblar. Lakin həyətlərdəki qrunt suları çəkilmədiyindən və lazımı dərmanlama işləri aparılmadığından malyariya təhlükəsi olduqca yüksəkdir”.
Əməkdaşımız Şirvandakı çadır şəhərciyində də olub. Onun sözlərinə görə son günlər buradakı tibb mərkəzində həkimə müraciət edənlərin sayı artıb: “Tez-tez ilan sancma halları baş verir. Son günlər havaların isti keçməsi günvurmadan şikayət edənlərin sayını artırıb”.






