İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirabadda yük maşını yol kənarına aşıb, iki nəfər xəsarət alıb

355 02.05.2021 18:38 Son xəbər A A

Sabirabadda avtomobil ehtiyat hissələri ilə yüklənmiş avtomobil aşıb, 2 nəfər xəsarət alıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtomobil ehtiyat hissələri ilə yüklü olan 90 UZ 038 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək sərt döngədə aşıb. Avtomobildə olan sürücü Gəncə sakini, 1995-ci il təvəllüdlü İsmayılov İbrahim Çərkəz oğlu və sərnişin Bakı sakini, 1983-cü il təvəllüdlü Hüseynov Azər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qəza zamanı avtomobildə olan ehtiyat hissələri yolun kənarına dağılıb.

 Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR