İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirabadda yük maşını qatarla toqquşub, qatarların hərəkəti müvəqqəti dayandırılıb

414 04.09.2019 09:55 Ölkə A A

Sabirabadda qatarla toqquşan yük maşını İran İslam Respublikasının vətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən Seyidrəşid Seyidintizara məxsusdur.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, onun idarə etdiyi TIR markalı yük avtomobilinin qatarla toqquşması nəticəsində mşında olan 30-40 tona yaxın püstənin bir hissəsi yola dağılıb.

Qatarların hərəkəti müvəqqəti dayandırılıb.

***

Sabirabad rayonunun Minbaşı kəndində qatarın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Şirvan-Salyan avtomagistral xətti ilə kəsişdiyi hissədə qeydə alınıb.

Məlumata görə, qoşqulu yük maşını qatarın yoluna çıxıb və yaxınlaşmaqda olan qatarla toqquşub.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Təfərrüatlar araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR