SABİRABADDA NİKAHI POZULAN QADININ CEHİZİ ƏRİ TƏRƏFİNDƏN MƏNİMSƏNİB
Qayınatası sərxoş vəziyyətdə onu döydüyünə görə Sabirabad rayon polis şöbəsinə müraciətini isə təhqiqatçı Nüsrət Məmmədzadə başdansovdu araşdırıb. Valideynlərinin təsirindən çıxa bilməyən Şahin İbrahimov 17 iyul 2009-cu ildə S.Bədəlova ilə nikahını pozub. Səma yazır ki, ona alınan zinət əşyaları geri alınıb, cehizlik əşyaları isə qismən geri qaytarılıb. Cehiz və zinət əşyalarının S.Bədəlovaya qaytarılması iddiasını isə Sabirabad Rayon Məhkəməsinin hakimi Ağarza Səmədov təmin etməyib. Rayon prokuroru Seyfulla Aslanova müraciətləri də saya salınmayıb. Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi açılsa da, Səmanın ailəsi CM-in 113, 127, 132, 133, 186-cı maddələri ilə istintaq işi açılmasını tələb edirlər.
Məsələ ilə əlaqədar qarşı tərəfin rəyini öyrənə bilmədik. Bəs şikayətçinin nikah müqaviləsi olmadan pozulmuş hüquqlarını bərpa etməsi mümkündürmü?
Azərbaycan cəmiyyətində nikah müqavilələrinin imzalanması faktına olduqca az rast gəlinməsindən təəssüfləndiyini bildirən qəzetimizin hüquqşünası Vaqif Hüseyn deyir ki, qanunvericilikdə bu məsələ məcburiyyət formasında qoyulmayıb. Buna baxmayaraq ərlə arvad arasında mülkiyyət münasibətləri qanunvericiliklə təsbit olunub: “Azərbaycan Respublikası Mülki Məcəlləsi və Ailə Məcəlləsində ərlə arvadın ayrılması nəticəsində mülkiyyətin aidliyi məsələsinə aydınlıq gətirilir. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinin tələbinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə görə isə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Həmin məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Yəni qadının ata evindən gətirdiyi cehiz əşyalarının hamısı ona məxsusdur. Məhkəmələrdə ən əsas mübahisə predmetini isə nişan və toy mərasimləri zamanı hədiyyə edilən zinət əşyalarının kimə məxsus olması məsələsi təşkil edir. Azərbaycan qanunvericiliyi, həm də məhkəmə praktikası bu məsələdə də qadınların tərəfini saxlayır. Çünki nişan və toy günü qadına təqdim olunan bu əşyalar ona hədiyyə olaraq verildiyinə görə həmin qadının mülkiyyəti hesab olunur".