İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirabadda “Mercedes” motosikletlə toqquşub, 2 qardaş xəsarət alıb

352 21.12.2018 00:48 Kriminal A A

Sabirabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Salmanlı kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə motosikletin toqquşması nəticəsində Salyan rayonunun Çuxanlı kənd sakinləri - 1972-ci il təvəllüdlü Mirzəyev Rauf Abdulhəsən oğlu və onun 1968-ci il təvəllüdlü qardaşı Mirzəyev Seymur Abdulhəsən oğlu xəsatər alıb. Onların hər ikisi motosikletdə olub.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR