İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq nazirin xalası oğlunu öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

1387 11.03.2016 15:50 Kriminal A A
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə məhkəmə baxışının başlanması elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Bundan sonra hakim X. İsgəndərovadan özünü təqsirli bilib-bilməməsini soruşub. O, susmağı üstün tutduğunu , dəfələrlə ifadə verdiyini deyib.
 
Məhkəmə prosesi aprelin 8-də davam etdiriləcək.
 
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
 
Qətlə yetirilən F.İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR