Xəbər verildiyi kimi, uzun illər Azərbaycanın ədliyyə-hüquq sistemində və keçmiş SSRİ-nin ittifaq miqyaslı mühüm vəzifələrində çalışmış qocaman hüquqşünas Nəriman Yusifov uzun sürən ağır xəstəlikdən sonra 92 yaşında vəfat edib.
Musavat.com mərhumun yaxın dostlarına istinadla xəbər verir ki, Nəriman Yusifovun hüzr məclisi bu gün saat 14-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki (keçmiş Vorovski) "Həzrət Əli" məscidində təşkil olunacaq.
Qeyd edək ki, Nəriman Yusofov Azərbaycanın ədliyyə naziri vəzifəsində çalışıb.
Allah rəhmət eləsin.
Musavat.com






