Sabiq millət vəkilindən qiymət artımı ilə bağlı şok siyahı
Sabiq millət vəkili Gültəkin Hacıbəyli "facebook" səhifəsində Dövlət Statistika Komitəsinə istinadən ölkəyə idxal olunan məhsulların qiyməti ilə bağlı şok məlumat yayıb.
Həmin məlumatı olduğu kimi təqdimat edirik:
"Dostlar, bilirsinizmi Azərbaycana xaricdən idxal olunan və bir kiloqramını 15-20 manata aldığımız qoz, fındıq, badam gömrükdən hansı qiymətə ölkəyə daxil olur? Bilmirsinizsə, Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatı ilə siz də tanış olun və bilin!
Qiymətlər ABŞ dolları ilə hesablanıb:
qabığı təmizlənmiş badam - 0,49;
banan təzə qurudulmuş - 0,92;
qabığı təmizlənmiş qoz-0,97;
qurumuş qara gavalı - 0,45;
qurudulmuş üzüm -0, 52;
qurudulmuş ərik - 0,50;
qabıqlı badam - 0,55;
keşyu fındığı -0,46;
təzə heyva - 0,31;
hind qozu -0,61;
şabalıd - 0,49;
püstə - 0,99;
kartof- 0,06."
Qeyd edək ki, bu siyahıda göstərilən rəqəmlər rəsmi rəqəmlərdir. Ekspertlərin dediyinə görə,gömrükdən ölkəyə idxal olunan məhsullara görə qeyri-leqal rüsumlar alınır.
Arqument.Az-a verilən özəl məlumatda iddia olunur ki, Əbülfəz Məlikovun rəhbərlik etdiyi "Trans Broker" MMC adlı qurum bütün gömrük məntəqələrində brokerlər yerləşdirib. Həmin şirkət bu işləri Gömrük Komitəsi ilə birgə həyata keçirir və idxal olunan məhsullara görə də qeyri-leqal rüsumu həmin şirkət alır. Nəticədə sahibkarlar qiyməti süni artırmaq məcburiyyətində qalır. Doğrudan da, faciədir, ölkəyə 0.97 qəpiyə daxil olan qozun 20 manata satılması inhisarçılığın hansı həddə olduğunu göstərir.
Onu da qeyd edək ki, bu mövzuda araşdırmalarımız davam edir.






