İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq federasiya prezidentinə hökm oxunub - FOTO

2473 23.08.2019 13:25 Kriminal A A

Külli miqdarda dələduzluqda ittiham edilən idmançıya hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Barat İsrafilovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror törətdiyi əmələ görə Barat İsrafilovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakim Fikrət Qəribovun sədılik etdiyi məhkəmə kollegiyası müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən B.İsrafilov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, B.İsrafilov mənzil alqı-satqısı ilə əlaqədar külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilib.

Ona qarşı Cinayət Məcəllləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Barat İsrafilov əvvəllər Azərbaycan Kunq-fu Federasiyasının prezidenti olub. O, zərərçəkmişdən aldığı 80 min manata yaxın pulu ödəməyib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR