İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabahın hava proqnozu: Ayın sonuna qədər yağış və soyuq olacaq

4165 26.11.2014 13:21 Ölkə A A
Noyabrın sonuna kimi ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 27-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR