İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğurluğa getmişdi, yatıb qaldı - FOTO

2170 03.04.2021 13:38 Dünya A A

İngiltərədə ev sahibləri öz yataq otaqlarında içki içdikdən sonra yuxuya gedən oğrunu aşkar ediblər.

Musavat.com bu barədə “Daily Star”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Nyulində baş verib.

Belə ki, balıqçı olan 47 yaşlı Atis Elksnitis liman şəhərinə iş üçün gəlsə də, evsiz qalıb. Elə buna görə də, içkiyə qurşanıb.

Latviyalı balıqçı bir qapısı açıq qalan kottecə daxil olub. Orada axtarış apararkən əlinə spirtli içki keçib.

Atis onu içdikdən sonra sərxoş olub, ev sahibinin yataq otağına girib və qapını bağlayaraq oradaca yuxuya gedib.

Bir müddət sonra geri qayıdan ev sahibləri yataq otağına daxil ola bilmədiklərindən oraya pəncərədən girməyə məcbur olublar. Gördükləri mənzərə qarşısında nə edəcəklərini bilməyən ev sahibləri çarpayıda yatan birini gördükdən sonra dərhal polisə xəbər veriblər.

 47 yaşlı Atis Elksnitis ağır dönəmlər keçirdiyini deyərək, baş verənlərə görə ev sahiblərindən üzr istəyib.

Atis Elksnitis

https://www.dailystar.co.uk/news/latest-news/bungling-burglar-found-tucked-up-23843518

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR