SABAH “YENİ MÜSAVAT”la MÜDAFİƏ NAZİRLİYİNİN MƏHKƏMƏSİ BAŞLAYIR
Bu barədə bizə açıqlama verən qəzetin hüquqşünası Vaqif Hüseyn dedi ki, iddiaya səbəb Müdafiə Nazirliyinin guya Türkiyə səfirliyi və “Anadolu” agentliyinin adından “Yeni Müsavat”la bağlı bəyanat yaymasıdır. Müsahibimiz xatırlatdı ki, araşdırmalar zamanı Türkiyə səfirliyi və “Anadolu” agentliyinin belə bir bəyanat vermədiyi aydınlaşıb: “Türkiyə səfirliyi bizimlə bağlı bəyanat verməyib, ”Anadolu" agentliyi də belə xəbər yaymayıb. Nazirlik qəzetimizin guya türk müdavimlərinə təzyiq olunduğunu yazdığını iddia edir. Amma sözügedən yazıda biz Türkiyə əsgərlərini nəzərdə tutmamışıq. Bütün bunlar da məhkəmədə aydınlaşacaq".
Bu arada cəmiyyətin tanınmış üzvləri, millət vəkili və ictimaiyyət nümayəndələri də bu dartışmada “Yeni Müsavat”ı müdafiə etdiklərini bəyan ediblər. Mətbuat Şurası isə öz növbəsində problemin məhkəməyə qədərki mərhələdə, anlaşma yolu ilə çözülməsində maraqlıdır.