İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah şaxta olacaq

3477 03.11.2014 13:25 Ölkə A A
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 

Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 2-4, gündüz 5-9 dərəcə olacaq. 

Rayonlarda da hava əsasən yağıntılı keçəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında temperatur gecə 0-5 dərəcə, gündüz 6-11 dərəcə, dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxta 4 dərəcə isti olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR