İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah" qəzeti yazıb ki, Ərdoğanın qızına qarşı sui-qəsd hazırlanırmış

801 20.02.2015 11:07 Son xəbər A A
Türkiyə prezidentinin qızı Süməyyə Ərdoğana qarşı hazırlanan sui-qəsd planının üstü açılıb. Trend xəbər verir ki, bu barədə "Sabah" qəzeti ölkə kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Sui-qəsdin iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində həyata keçirilməsi planlaşdırılırmış.

Bir müddət əvvəl S.Ərdoğanın parlament seçkilərində iştirak edəcəyi barədə məlumat verilmişdi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qızına sui-qəsd hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları tərəfindən planlaşdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR