SABAH MÜSAVAT İLİN İLK ETİRAZ AKSİYASINI KEÇİRƏCƏK
Piket “Vətəndaşların sərbəst toplaşmaq hüququ təmin edilsin!”, “Azərbaycan Konstitusiyasına və qanunlarına əməl edilsin!” şüarları ilə keçiriləcək.
Aksiya ilə bağlı Müsavat Partiyasının müraciətinə Bakı Şəhər İcra Hakimiyyətinin bu gün cavab verəcəyi gözlənilir. Müsavat başqanı İsa Qəmbərin parlament seçkiləri öncəsi kütləvi aksiyalara şəhərin mərkəzi küçə və meydanlarında yer ayrılması üçün Hacıbala Abutalıbova göndərdiyi məktuba mənfi cavab verilməsi 6 aprel piketinə icazə verilməyəcəyi ehtimalını artırır. Müsbət cavab verilməyəcəyi halda aksiyanın keçirilib-keçirilməyəcəyi haqda son qərarı Müsavat Partiyası bu gün verəcək. Böyük ehtimalla meriya mənfi cavab versə belə, Müsavat aksiyanı reallaşdıracaq. Bunu Müsavat başqanının müavini Mehman Cavadoğlunun iki gün öncə verdiyi açıqlama da təsdiq edir. M.Cavadoğlu deyib ki, piketin keçirilməsinə razılıq verilməsə də, çox böyük ehtimalla, aksiyanı reallaşdıracaqlar: “Müsavatın aksiyalarla bağlı müraciətlərinə bir qayda olaraq ya mənfi cavab verilir, ya da aksiya üçün yararsız yerlər təklif edilir, partiya isə aksiya üçün yararsız olan bir yerdə toplaşmaq niyyətində deyil”
Xatırladaq ki, son illərdə Müsavat Partiyasının keçirdiyi piketlərdə Müsavat deputat qrupunun üzvləri də iştirak edirlər. Budəfəki aksiyad`a da iştirak edib-etməyəcəklərini öyrənmək üçün deputat qrupunun üzvlərindən bir neçəsi ilə əlaqə saxladıq.
Pənah Hüseyn Müsavat deputat qrupunun 5 üzvünün olduğunu və onlardan dördünün Müsavat Partiyasının üzvü olduğunu xatırlatdı. Piketdə iştirak edib-etməməyin isə deputat qrupunun üzvlərinin hüququ olduğunu bildirdi: “Deputat qrupunu üzvləri piketdə iştirak edəndə onun hər hansı müzakirəsi və ya qərarı olmur. Fərdi şəkildə kim istəsə iştirak edir. Yəqin ki, bu dəfə də Müsavat deputat qrupunun üzvlərindən kimlərinsə iştirak etməsi istisna deyil”.
Şəxsən özünün iştirakına gəlincə, P.Hüseyn bildirdi ki, buna ciddi ehtiyac yoxdur: “Xüsusi situasiya yaranmasa, iştirak etməyəcəyəm”.
Deputat qrupunun müsavatçı üzvü Arzu Səmədbəyli isə piketdə qatılıb-qatılmamaları məsələsini hələ müzakirə etmədiklərini bildirdi. O qeyd etdi ki, partiyanın Divanının bugünkü iclasında deputat qrupunun üzvlərinin piketdə iştirakı məqsədəmüvafiq hesab olunsa, onlar aksiyada iştirak edəcəklər: “Biz partiyanın funksionerləriyik. Qərar necə olacaqsa, ona uyğun da addım atacağıq. Qərar verilsə ki, aksiyada əsasən partiyanın gəncləri iştirak etməlidir, o zaman biz iştirak etməyəcəyik. Əgər qərarda deputatların da iştirakı lazımdır, mütləq iştirak edəcəyik”.