İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah"ın futbolçusu "Keşlə" ilə oyundan sonra baş hakimi vurmaq istəyib

564 20.10.2019 01:28 İdman A A

"Keşlə" və "Sabah" komandaları arasındakı Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra qalmaqal baş verib.

"Report"un məlumatına görə, qonaqların futbolçusu Təmkin Xəlilzadə oyun bitən kimi hakimlərin üzərinə yeriyib. 

Azərbaycan millisinin cinah oyunçusu baş hakim Kamal Umudluya kəskin etirazı qarşılığında önündə qırmızı vərəqə alıb. Bundan qəzəblənən futbolçu referini vurmaq istəyib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər.

Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. 90+3-cü dəqiqədə "Sabah"ın daha bir futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR