İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Bakıda havanın temperaturu 5 dərəcəyə enəcək

1883 12.03.2014 12:36 Son xəbər A A
Martın 13-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
 
Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 5-10 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
 
Martın 12-si axşamdan 14-ü gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, şimal küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR