İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Avropa Parlamenti Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı qətnamə qəbul edəcək

570 27.06.2016 15:22 Son xəbər A A

Avropa Parlamenti iyunun 28-də Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı qətnamə qəbul edəcək.
 
APA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin mətbuat xidmətinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Böyük Britaniyada keçirilən referendumla bağlı parlamentin növbədənkənar sessiyası toplanacaq. Hazırda qətnamənin mətni hazırlanır.
 
TASS-ın Brüsseldəki mənbəyə istinadən verdiyi məlumata görə, qətnamədə Lissabon razılaşmasının 50-ci maddəsinə uyğun olaraq Böyük Britaniyanın Aİ-dən çıxmaq niyyəti ilə bağlı tez bir zamanda rəsmi müraciət etməsi tələb olunacaq.
 
Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Aİ-dən çıxması ilə bağlı referendum keçirilib və seçicilərin 52 faizi bu təklifi dəstəkləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR