İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvilini təyinatı baş tutmadı - Zelenski iradə göstərmədi

2294 28.04.2020 21:05 Son xəbər A A

Ukrayna hökuməti Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin baş nazirin müavini postuna təyin olunması barədə parlamentə verilən təqdimatı geri çəkib.

Musavat.com xəbər verir ki, bu barədə “censor.net.ua” saytı məlumat yayıb.

Hökuməti belə bir addım atmağa vadar edən səbəb Mixail Saakaşvilinin təsdiqlənməsi üçün kifayət qədər deputatın dəstəyini almaması olub. Keçmiş prezidentin kabinetə daxil olması üçün Ali Rada deputatlarının 226-nın səsi lazım idi. Əslində hakim “Xalqın xidmətçisi” Partiyası parlamentdə 248 deputatla təmsil olunur və Saakaşvili o biri fraksiyaların da rəyi olmadan keçə bilərdi. Buna baxmayaraq, gürcü əsilli siyasətçinin partiyanın deputatları ilə danışıqları nəticə verməyib və o, sadəcə, 170 parlament üzvünün dəstəyini qazana bilib. 

Mətbuatın yazdığına görə, V.Zelenskinin komandası Mixail Saakaşviliyə başqa vəzifə təklif etməyi planlaşdırır. 

Bunlardan biri də onun “Xalqın xidmətçisi” Parityasından Odessa meri postuna namizədliyinin irəli sürülməsidir. Prezident bu məsələdə keçmiş həmkarına hər cür dəstək göstərəcəyinə söz verib.

Ukraynalı jurnalist Yuri Butusov isə Mixail Saakaşvilinin təyinatı ilə bağlı prosesin iflasa uğramasına görə prezident Vladimir Zelenskini sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, dövlət başçısı hələ də “instagram ab-havasındadır”. 

“Bütün təşəbbüslər ancaq xarici effekt və rezonans yaratmaq üçündür. Zelenski Saakaşvilinin əli ilə hansı islahatları həyata keçirmək istədiyini də demədi. O, bu təyinata, sadəcə, media oyunu kimi baxırdı”, - deyə siyais icmalçı qeyd edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR