Saakaşvili: “Genişmiqyaslı müharibə olmayacaq”
Krımdakı son proseslər ucbatından genişmiqyaslı hərbi əməliyyatlar başlamayacaq.
Axar.az xəbər verir ki, bunu “112 Ukrayna” televiziyasında çıxışı zamanı Odessa qubernatoru Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, Ukrayna yeni provokasiyalara hazır olmalıdır:
“Hazırda Rusiya 2008-ci ildə Gürcüstanda həyata keçirdiyi prosesləri imitasiya edir. Lakin inanmıram ki, Kreml hansısa genişmiqyaslı müharibəyə getsin. Kiyev hər şeyə rəğmən, istənilən ssenariyə hazır olmalıdır”.






