“S-400-lərin alışı F-35-lərə təsir etməz” – Konqresdə Türkiyə ünvanına səslənən təhdidin cavabı verildi
Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ konqresində səslənən “Türkiyə Rusiyadan S-400 raket sistemlərini alarsa, F-35 təyyarələrini satmarıq” təhdidinə cavab verib.
Avropa.info xəbər verir ki, F-35-lərin satın alınması ilə bağlı problemin olmasına dair iddialara münasibət bildirən Canikli bu sözləri deyib:
“S-400-lərin satın alınması F-35 alışına təzir etməz. S-400-ün alınmasında problem yoxdur. Hətta təhvil tarixi irəli çəkilə bilər”.
Qeyd edək ki, ABŞ Konqresində müzakirə aparan türk deputat Volkan Bozkır verdiyi müsahibədə ABŞ Konqresinin “Türkiyə Rusiyadan S-400 raket sistemlərini alarsa, F-35 təyyarələrini satmarıq” şəklində rəsmi Ankaranı hədələdiyini açıqlamışdı.






