İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rüşvət yox, “şirinlik” idi” - Müharibə zamanı çağırışçılardan rüşvət alan həkim niyə azadlıqda qalmalıdır?

3097 12.12.2021 13:37 Kriminal A A

Rüşvət aldığı yerdə həbs edilən xanım həkim məhkəmədə deyib ki, həmin məbləğ sadəcə olaraq “şirinlik” imiş. O, Vətən Müharibəsi ərəfəsində hərbi xidmətə göndərməyəcəyi şəxsdən pulu alan zaman DTX əməkdaşları tərəfindən saxlanılıb. Amma…

Musavat.com xəbər verir ki, söhbət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin hərbi həkim komissiyasının sədri, həmçinin 2 saylı şəhər klinik xəstəxanasının həkim-nevropatoloqu olmuş Nazilə Rəhmanova barəsində açılan cinayət işinin təfərrüatından gedir.

İttihama görə 1958-ci il təvəllüdlü Nazilə Rəhmanova Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə təqsirli bilinib.

DTX müəyyən edib ki, N.Rəhmanova səfərbərliyə çağırılan çağırışçını müharibə dövründə hərbi xidmətdən yayındırmaq müqabilində 5 min manat rüşvət alıb.

Səfərbərlik Xidmətindəki əməliyyatın detalları: 5 min alıb, müharibəyə  yararsız yazdı

Rüşvəti verən şəxs isə Zöhrab Mürsəlov olub. maraqlıdır ki, Z.Mürsəlov əlində xəsarət olduğunu deyir, amma buna baxmayaraq hərbi xidmətdən yayınmaq üçün rüşvət verib.

Onun hərbi xidmətə yararsız olmasına dair rəyi isə Bakı şəhəri 3 saylı klinik şəhər xəstəxanasının travmatologiya şöbəsindən veriblər.

Nazilə Rəhmanova özünü rüşvət almaqda təqsirli bilmir. Deyir ki, Zöhrab Mürsəlov ona hörmət edərək həmin pulu “şirinlik” verib.

Bildirək ki, N.Rəhmanova xüsusi əməliyyatla saxlanılan zaman onun aldığı pulların üstündə “DTX” qeydləri yazılıb.

39 il həkim işləyən Nazilə Rəhmanova söyləyib ki, Zöhrab Mürsəlov müharibə başlayan günün səhərisi komissarlığa gələrək komissiyadan keçib. Bu zaman həkim Zöhrabın əlinin qatlanmadığını deyib.

“Zöhrabı müayinəyə göndərdik. Sonra da vəziyyətini komissara məruzə etdik. Əgər mən Zöhrabın əlindəki xəsarəti qeyd etməsəydim və Zöhrab hərbi hissədən qayıtsaydı, bu, mənim üçün ciddi nöqsan olardı. Daha sonra Zöhrab yanıma gələrək mənə hörmət edəcəyini bildirdi. Zöhrabdan rüşvət deyil, şirinlik almışam”- deyən N. Rəhmanova həmin məbləği xatırlamadığını bildirib.

İstintaqda ifadə verən N. Rəhmanova baş verənləri bütün təfərrüatı ilə danışıb. O bildirib ki, Zöhrabın həqiqətən də xəsarəti olub və müharibəyə aparılmayacaqmış. Buna görə də yaranmış vəziyyətdən istifadə edib. Onun sözlərinə görə əvvəlcə 3500 manatı Zöhrabın dostundan alıb. İkinci dəfə isə 1500 manatı alan zaman DTX əməkdaşları tərəfindən saxlanılıb.

Səfərbərlik Xidmətinin həkim komissiyasının sədri rüşvət almaqda ittiham  olunur » Newscenter.az

Zöhrab Mürsəlov 2009-2010-cu illərdə Gədəbəydə hərbi xidmətdə olub. Səfərbərlik zamanı komissarlığa çağırılıb. 2013-cü ildə pəncərə şüşəsi onun biləyini kəsib, bundan sonra əl hərəkətlərində məhdudiyyət yaranıb. İttihama əsasən, komissiyanın sədri bu əsasla ona “hərbiyə yararsız” rəyi vermək üçün dostu Rəşaddan 5 min manat pul istəyib. Həmin vəsaitin 3 min 500 manatını bir neçə gün sonra Rəşad ona gətirib kabinetində verib. Qalan 1500 manatı isə bir neçə gün sonra Amil adlı şəxslə göndərib. Onunla görüşüb 1500 manatı götürəndə isə Rəhmanova Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıb.

Zöhrab da məhkəmədə ziddiyyətli ifadə verib. O, məhkəmədə rüşvət vermədiyini deyib, amma istintaqda tamamilə fərqli danışıb.

“Sağ əlimdə xəsarət izləri var idi. Bununla bağlı sənədləri hərbi həkim komissiyasına təqdim etdim. Əlavə müayinə üçün məni 3 nömrəli şəhər klinik xəstəxanasına göndərdilər. Sonra dostum Rəşad Nazilə həkimin onlardan bu işlə bağlı pul istədiyini və bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdiyini bildirdi. Bir müddət sonra mən də DTX-yə müraciət etdim”- deyə istintaqda danışan Zöhrab məhkəmədə isə bildirib ki, Nazilə Rəhmanova şəxsən ondan pul istəməyib və başqa şəxsin də pul verməsi barədə xəbəri yoxdur.

Şahidlər videoəlaqə ilə məhkəmədə ifadə verə

İstintaq dövründəki ifadəsində isə Zöhrab Mürsəlov bildirib ki, komissiyadan keçəndə Nazilə həkim ona hərbi xidmətə yararlı olduğunu bildirib: "Mən bu fikirlə razılaşmadım. Bundan sonra həkim müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi üçün mənə kömək edə biləcəyini bildirdi. Bu işin müqabilində məndən 5 min manat rüşvət istədi.

Aramızdakı sövdələşmədən sonra həkim məni əlavə müayinə üçün 3 nömrəli şəhər klinik xəstəxanasına göndərdi. Sonrakı danışıqlar məqsədi ilə telefon nömrəsini dostum Rəşada verdim. Bir neçə gün sonra həmin xəstəxanada müayinədən keçəndə bildirdilər ki, hərbi xidmətə yararsızam. Sonra Rəşadla belə qərara gəldik ki, baş verənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edək”.

Qeyd edək ki, məhkəmədə şahid qismində dindirilmiş həkimlər də müayinə zamanı Zöhrab Mürsəlovun həqiqətən də əlində problem olduğunu təsdiq ediblər.

Dominant.Az - Dələduzluqda təqsirləndirilən hakim məhkəmə zalında həbs  edilib

Bütün bu ziddiyyətlərə, ağır ittihamlara baxmayaraq Rəhmanova yüngül cəza alıb. Daha doğrusu azadlıqda qalıb. Vətən Mührabəsinin ən şiddətli bir vaxtında döyüşlərə əsgər göndərməmək üçün öz vətəndaşından pul alan Rəhmanova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə məhkum edilib. O, rüşvət almaqda suçlu sayılaraq, 4 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Lakin hakimlər qərar verib ki, Rəhmanova cəmiyyətdən təcrid olunmasın. Ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Rəhmanovaya 1 il sınaq müddəti təyin edilməklə, cəzası şərti hesab olunub.

Rüşvəti verən Zöhrab barəsində də isə heç bir tədbir görülməyib. Sual edə bilərsiniz ki, axı Zöhrabən özündən rüşvət tələb edilib. Cavab isə budur ki, Nazilə Rəhmanova özü də qeyd edir ki, Zöhrab o vəziyyətdə hərbi xidmətə göndərilsəydi, geri qaytarılacaqdı və bu da onun üçün ciddi problem yaradacaqdı. Zöhrab həqiqətən də hərbi xidmətə yarasız idisə, niyə rüşvət verirdi?

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR