Rüstəm İbrahimbəyov konstitusiya dəyişikliyindən yazdı
Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov son dövrlər ölkədə baş verənlərlə bağlı məqalə yazıb. O, ölkədə keçiriləcək referenduma, konstitusiyaya gözlənilən dəyişikliklərə, həmçinin “Nardaran işi”nə, Tale Bağırzadəyə işgəncə verilməsi faktına münasibət bildirib.
“Neçə gündür ”Nardaran işi" ilə bağlı məhkəmədə Tale Bağırzadənin verdiyi bəyanatın ağır təsiri altındayam. İnanclı adam müstəntiqlərin ona verdiyi ağır işgəncələrdən danışıb. Ondan Milli Şura liderləri Cəmil Həsənli və Əli Kərimlini şərləmək tələb edilib. Bağırzadə sərt işgəncələrə tab gətirib, cinayət əməlinin qarşısını alıb və nüfuzlu müxalifətçiləri insanların ölümünə səbəb olan hadisələrin ilhamvericiləri və təşkilatçıları elan etməyə mane olub",- deyə R.İbrahimbəyov bildirib.
R.İbrahimbəyov konstitusiyaya ediləcək dəyişikliklərə tənqidi yanaşıb və sərt mövqe sərgiləyib.
R.İbrahimbəyov referendumun rəmzi məzmun daşıdığını ifadə edib: “...Belə bir faciəvi sual yaranır: yaranmış vəziyyətdə ölkəmizin vətəndaşları nə etməlidirlər?”
RÖYA






