Ermənistan sərhəddə yenidən təxribata cəhd etdi: Kəlbəcərin Armudlu kəndi istiqamətdə 400 metr irəliləmək istəyən 40 erməni hərbçinin qarşısı alınıb. Bu, Ermənistanın eyni istiqamətində sərhədi pozmağa çalışdığı ikinci cəhdidir. Kəlbəcər istiqamətində irəliləmək istəyən İrəvanın hərbi və siyasi hədəfləri var.
Ermənistan Kəlbəcər istiqamətində strateji yüksəklikləri ələ keçirmək istəyir: ermənilərin sərhəd kəndlərinin “təhlükəsizliyini” təmin etmək; ələ keçirəcəkləri yüksəkliyi sərhəd danışıqlarında Azərbaycan ordusunun mövqelərindən geri çəkilməsinə nail olmaq üçün “kart” olaraq istifadə etmək; 40 hərbçinin sərhədi keçərək irəliləməsi Ermənistanın Azərbaycan hərbçilərini əsir götürmək planının olduğu ehtimalını önə çıxarır: məqsəd Bakının əlindəki erməni təxribatçılarla dəyişməkdir. Ermənistan sərhəd təxribatları ilə demarkasiya prosesini əngəlləmək, məsələni həlledilməz vəziyyətə gətirmək və “beynəlxalq müşahidəçi” istəyini qəbul etdirmək istəyir.
Son günlər Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginlikləri təşkil etməklə həm də Rusiya Zəngəzurda sərhəd xəttini öz hərbi nəzarətinə götürməyə nail oldu. Qarabağda hərbi iştirakı əngəllənən Türkiyə Ərdoğanın bu səfəri ilə regionun təhlükəsizlik konfiqurasiyasında iştirakdan geri çəkilmədiyi, siyasi, diplomatik sahədə Rusiyanın birtərəfli nəzarət planları ilə barışmadığı mesajını verəcək. ABŞ-ın bu məsələdə Türkiyəyə dəstək verəcəyi də istisna deyil.
Robert Köçəryan da RBK kanalına müsahibəsində deyib ki, bölgədə Türkiyənin təsiri artıb, amma buna baxmayaraq, Rusiya belə təsiri məhdudlaşdıra biləcək yeganə ölkə olaraq qalır.
İlk günlər Rusiyanın bu məsələdə sanki aralıda dayandığı, qarışmadığı təəssüratı yaransa da, indi Moskvanın Ermənistanla sərhədi tam nəzarətə götürmək niyyətini gizlətmir. Sərhəd gərginliyinin Rusiya XİN rəhbəri Sergey Lavravun İrəvana və Bakıya səfərindən sonra başlaması bu məsıələdə Moskvanın “barmağı olduğu” versiyasını gücləndirir. Hətta Moskvanın imzası olduğu kommunikasiyaların açılmasında maraqlı görünmədiyi hiss edilir. Səbəb nə ola bilər?
MusavatTV-nin canlı yayınında “Yeni Müsavat” qəzetinin yazarı, siyasi şərhçi, Vətən müharibəsinin iştirakçısı Vaqif Hüseynli ölkənin və regionun gündəmini təhlil edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






