Rusiyanın Suriyadakı tərəfləri uzlaşdırma mərkəzinin sədri Sergey Romanenko rus hərbi polisinin YPG/PKK terrorçularını və silahlarını Suriya-Türkiyə sərhədindən çıxarmağa başladığını deyib.
Avropa.info xəbər verir ki, rus hərbi polisi YPG/PKK üzvlərini və silahlarını sərhəddən 30 km cənuba doğru çıxarılmasına şərait yaradıblar.
“Barış Pınarı” əməliyyatı çərçivəsində fəaliyyət göstərən rus qüvvələri çıxarma fəaliyyəti 18:00-a qədər davam edəcək.
Türkiyə-Suriya sərhədində əlavə YPG/PKK-lılar Mənbic və Tel Rıfatdan çıxarılmalıdır.
“Bu fəaliyyətlərin həyata keçirilməsi Suriya-Türkiyə sərhədində stabillik yaradılmasına xidmət edəcək” – Romanneko belə deyib.
Qeyd edək ki, terrorçuların çıxarılması Soçidə Türkiyə və Rusiyada əldə olunmuş müqavilə çərçivəsində həyata keçirilir.






