İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar NƏHAYƏT... bu şəhəri tutdu! Putin generalları niyə dəyişdi? Professor Qabil Hüseynli ilə CANLI

1179 13.01.2023 15:53 Gündəm A A

Rusiya qoşunları Ukraynanın Soledar şəhərini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Yanvarın 12-də axşam saatlarında Soledar Rusiya qoşunları tərəfindən alınıb - deyə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Son həftələrdə Rusiya qüvvələri və muzdlulardan ibarət “Vaqner” şirkətinin döyüşçüləri Ukraynanın şərqindəki Donbasda Soledar və Baxmut şəhərlərini ələ keçirmək məqsədilə güclü hücuma keçib. I Dünya Müharibəsini xatırladan bu hücumlar nəticəsində yüzlərlə Rusiya əsgərinin cəsədləri Ukrayna çöllərinə səpələnib.

Lakin Surovikin yanvarın 11-də baş komandanlıqdan kənarlaşdırılıb. Müharibənin 11-ci ayında heç bir əhəmiyyətli uğur qazana bilməyən Vladimir Putin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə naziri Sergey Şoyqunun müttəfiqi, general Valeri Gerasimovu Ukraynadakı qoşunların baş komandanı, Surovikini isə onun müavini təyin edib.

Putinin müharibə komandanlığında etdiyi dördüncü dəyişiklik həm Qərb, həm də Rusiya ekspertlərini təəccübləndirib və son 80 ildə Avropanın ən böyük müharibəsinin gedişi barədə çoxsaylı suallar doğurub.

TVMusavat-ın saat 16:00-da canlı efirində professor Qabil Hüseynli ilə Ukrayna müharibəsini və regiona təsirlərini müzakirə edirik:

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR