İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar daha bir ərazini ələ keçirdi, Putindən ŞOK təhdid gəldi: “Görəcəksiz…” – Üzeyir Cəfərovla “Canlı debat”

1448 03.02.2023 13:12 Gündəm A A

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya tank tədarük edən Avropa ölkələrini nüvə silahı ilə təhdid edib. O, birbaşa kütləvi qırğın silahlarından istifadə olunacağını deməsə də Kremlin ona əl atacağına işarə vurub.

“Avropa ölkələrini məsuliyyətsizcəsinə Rusiya ilə yeni müharibəyə cəlb edənlər, görünür, başa düşmürlər ki, Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq. Biz onların sərhədlərinə tank göndərmirik, lakin zirehli texnika təhlükəsi yaranarsa, Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək” –deyə, Kreml rəhbəri vurğulayıb.

Putinin “Rusiya ilə müharibə tamamilə fərqli olacaq” və “Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək” sözlərini necə başa düşmək lazımdır?


“Kreml görünür, yenə Ukryanda böyük hücum kontekstində öz ordusunun imkanlarını həddindən artıq yüksək qiymətləndirir”.
Bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) Ukrayna savaşı ilə bağlı son hesabatında bildirib.
İnstitutun mütəxəssisləri hesab edirlər ki, rus ordusunun hazırkı durumu böyük və uğurlu hücum əməliyyatları keçirəcək səviyyədə deyil və Putin yenə öz ordusunun imkanlarını düz qiymətləndirmir: “ISW Rusiya qüvvələrinin Uykraynanın şərqində Ukrayna qüvvələrini mart ayına qədər məğlub edərək, Donetsk vilayətinin 11300 kvadrat kilometrlik ərazisini işğal edə biləcək səviyyədə öz hərbi gücünü bərpa etdiyinə dair heç bir sübuta rast gəlmir”.

Nələr gözlənilir? Müharibə şiddətlənərsə, Azərbaycana bunun təsirləri necə olacaq? İranla gərginlik fonunda hansı təhlükələri gözləməliyik?
Bu və gündəmdəki bir çox mövzuları, sualları bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR