İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya ŞİDDƏTLİ HÜCUM başladı, Putindən NÜVƏ HƏDƏSİ gəldi: “NÜVƏ SİLAHINA HAZIRAM!” -CANLIda

1163 22.06.2024 13:18 Son xəbər A A

 Rusiya prezidenti Vladimir Putin yenə hədə dili ilə danışıb.

Putin Şimali Koreya və Vyetnama səfərindən sonra Hanoyda keçirdiyi mətbuat konfransında Rusiyanın Ukrayna ilə müharibədə strateji məğlubiyyətə uğrayacağı təqdirdə, ekstremal tədbirlərə əl atmağa və nüvə silahından istifadə etməyə hazır olduğunu açıqlayıb.

Putinin sözlərinə görə, Qərb Rusiyanı strateji məğlubiyyətə yaxınlaşdırarsa, Moskva ən ekstremal tədbirlərə əl ata bilər.

Rusiya üçün bu, onun dövlətçiliyinin sonu deməkdir. Bu, Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir. Məncə, bu hamıya aydındır.

Və sonra sual yaranır: niyə qorxmalıyıq? Bütün yolu getmək daha yaxşı deyilmi? Bu elementar formal məntiqdir”.

Eyni zamanda, Putinin fikrincə, Rusiyanın hələ də qabaqlayıcı zərbə endirməsinə ehtiyac yoxdur.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR