CSKA Moskova basketbol klubunun Gürcü ulduzu Tornike Şengelia Ukraynanın Rusiya tərəfindən silahlı hücumu və işğalı səbəbindən komandasının formasını geyinməyəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, "Güclü qalın" paylaşımını edən Şengelia daha sonra klubdan ayrıldığını açıqlayıb.
O, klubdn ayrılma səbəbini belə izah edib: "Rusiyanın Ukraynanı işğal etməsinə etiraz olaraq bu qərarı verdim. Düşünürəm ki, Rusiya ordusunun CSKA Moskva klubunda oynamağa davam etmək mümkün deyil"
Tornike Şengelia daha sonra ailəsi ilə birlikdə İspaniyaya getdiyini açıqlayıb.
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili 6 il "Baskonia" forması geyindikdən sonra Moskvanın CSKA komandasına transfer olunduğu üçün Tornike Şengelia tənqid edərək bunları demişdi : “Gürcüstan prezidenti kimi milli komandanın kapitanının Moskvanın CSKA-ya transferi mənim üçün qəbuledilməzdir".
Musavat.com







