Bakıda erməni mühakimələri-Makron da gəlsin...
30 il torpaqlarımızı işğalda saxlayan Ermənistan ərazilərimizin sülhlə qaytarılması haqda tələblərimizi qulaq ardına vururdu, üstəlik qudurmuşcasına bizi tankları ilə Bakını da ələ keçirəcəkləri ilə hədələyirdilər. Bu illər ərzində qanımızı tökən, uşaqları öldürən qatillərin sinələrini isə nümayişkaranə şəkildə medallarla doldururdular. Azərbaycan xalqına qarşı hər bir pislik ermənilər üçün yüksək mükafat demək idi. 44 günlük müharibədə belləri qırıldı, vurulmuş və ələ keçirilmiş tankları Bakıda muzey əşyası oldu, qatillərin bir çoxu cəhənnəmə göndərildi, azərbaycanlılara işgəncə verənlərin bəziləri həbs edildi. Amma müharibədən sonra da bu düşmənçiliklərindən əl çəkmədilər və yenə diversant qruplarını ölkəmizin ərazisinə soxdular ki, onlar da məqsədlərinə tam çatmamış həbsə alındılar. İndi Ermənistan bütün dünyaya yalandan car çəkib, onların “əsir olduğunu” deyir. İndi Bakıda başlamış mühakimə və yaxın günlərdə başlayacaq daha 14 nəfər diversantın məhkəməsi həm Ermənistanın və onun dəstəkçilərinin ifşası olacaq. O səbəbdən anti-Azərbaycan mövqeyi tutanlar, əleyhimizə qərəzli qətnamələr qəbul edənlər həqiqəti bir daha eşidəcəklər. Hətta erməni sevgisi hərdən bütün dövlət prinsplərini üstələyən Fransa prezidenti Makron da istəsə, gələ bilər. Bəlkə o zaman həqiqəti görə və eşidə bilər. Amma əsas sual həm də budur ki, düşmən bundan sonra alçaq niyyətindən əl çəkəcəkmi, Azərbaycana qarşı diversantlardan istifadənin faydasız olduğunu anlayacaqmı? Bu ifşa prosesi dünyada erməni qərəzini azaldacaqmı?
Qarabağ üzərindən Rusiyaya qarşı böyük həmlə gözlənilir. Bəzi ekspertlərə görə, Rusiya və ABŞ liderinin iyunun 17-də gözlənilən görüşündə Qarabağ məsələlərinə də toxunula bilər. ABŞ Qarabağdakı Rusiya hərbi kontingenti ilə bağlı müəyyən məsələ qaldıra bilər. Məsələn, həmin qüvvələrin beynəlxalq statusunun, mandatının olmadığını vurğulayaraq, Moskvaya təzyiq edə bilər. Ərdoğanın NATO sammitində ABŞ prezidenti Cozef Baydenlə görüşündə əldə olunası anlaşmaların da regiondakı qüvvələr balansına ciddi təsir edəcəyi gözlənir. Son günlər Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginlikləri təşkil etməklə Rusiya Zəngəzurda sərhəd xəttini öz hərbi nəzarətinə götürməyə nail oldu. Qarabağda hərbi iştirakı əngəllənən Türkiyə Ərdoğanın bu səfəri ilə regionun təhlükəsizlik konfiqurasiyasında iştirakdan geri çəkilmədiyi, siyasi, diplomatik sahədə Rusiyanın birtərəfli nəzarət planları ilə barışmadığı mesajını verəcək. ABŞ-ın bu məsələdə Türkiyəyə dəstək verəcəyi də istisna deyil. Robert Köçəryan da RBK kanalına müsahibəsində deyib ki, bölgədə Türkiyənin təsiri artıb, amma buna baxmayaraq, Rusiya belə təsiri məhdudlaşdıra biləcək yeganə ölkə olaraq qalır. Vəziyyətin bu istiqamətdə inkişafı Azərbaycana nə vəd edir? ABŞ-ın Qarabağ üzərindən Rusiyaya qarşı təzyiqlər etməsi Ankara və Moskva münasibətlərini gərginləşdirə bilərmi?
Dizel və Aİ-92-nin qiyməti “üzməyə” başlasa, bahalıq yaranacaq- Aİ-95-dən sonra dizelin və Aİ-92-nin də bahalaşacağı haqda danışırlar. SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib. O vurğulayıb ki, bu yanacaq növləri Azərbaycanda istehsal edildiyindən onların qiymətinin artması və ya dəyişməsi birbaşa olaraq dünya bazarlarından asılı deyil. İbrahim Əhmədov qeyd edib ki, bəzi ölkələrdə dövlət qiymətləri müəyyən çərçivədə “üzməyə” buraxır və bazarın təsirlərinə qarşı açıq qoyur, bəzi ölkələrdə isə Azərbaycanda olduğu kimi, qiymətlər dövlətin müvafiq tənzimləyici qurumları tərəfindən müəyyən edilir: “Buna görə də ölkə daxilində “Aİ-92” markalı benzinin və dizel yanacağının qiymətinin dövlət tərəfindən hansı səviyyədə müəyyən edilməsi ilə bağlı hər hansı açıqlamanın verilməsində SOCAR bir şirkət olaraq səlahiyyətli deyildir”. SOCAR-ın açıqlamasından başa düşülən budur ki, belə bir qərarın məsuliyyəti Tarif Şurasının üzərinə düşür. Bu yanacaq növlərinin bahalaşması isə birbaşa bazara təsir edir. O halda bahalıq qaçılmazdır. Azərbaycan neftinin qiymətinin 70 dolları ötdüyü bir vaxtda belə bir qərar mümkünmü, hökumət bu addıma gedə bilərmi?
YAP və AKP sənəd imzaladı-Azərbaycan müxalifətinin Türkiyənin hansı partiyaları ilə əlaqələri var? Türkiyədə hakim AK partiyanın sədr müavini Numan Kurtulmuş və YAP-ın sədr müavini Tahir Budaqov arasında müqavilə imzalanıb. DHA xəbər verir ki, mərasim AK partiya Mərkəzində baş tutub.
Lavrov gəlib-getdi, sərhəd qarışdı-nəqliyyat dəhlizlərini Moskva əngəlləyir? Ermənistan son günlər sərhəddə təxribatları artırmaq vəziyyəti daha da gərginləşdirmək istəyir. İlk günlər Rusiyanın bu məsələdə sanki aralıda dayandığı, qarışmadığı təəssüratı yaransa da, indi Moskvanın Ermənistanla sərhədi tam nəzarətə götürmək niyyətini gizlətmir. Sərhəd gərginliyinin Rusiya XİN rəhbəri Sergey Lavravun İrəvana və Bakıya səfərindən sonra başlaması bu məsıələdə Moskvanın “barmağı olduğu” versiyasını gücləndirir. Hətta Moskvanın imzası olduğu kommunikasiyaların açılmasında maraqlı görünmədiyi hiss edilir. Səbəb nə ola bilər? Kommunikasiyaların açılması Ermənistanı böhrandan çıxara və Moskvaya qarşı çıxa biləcəyindənmi ehtiyat edirlər? Zəngəzur dəhlizinin açılması iki millət arasında düşmənçilik hisslərini də azalda bilər ki, bu da Moskvanın geosiyasi maraqlarına uyğun deyil. Nəhayət, kommunikasiyalar Azərbaycanın regionda nəqliyyat xabı rolunu da artıracaq ki, bu da Rusiyanın maraqlarına cavab verdiyini demək olmaz.
Covid pasportu, onunla bağlı maxinasiya, bahalaşma, toylarla bağlı icazə və bunun kimi bir çox mövzuları aparıcı Sevinc Telmanqızının təqdimatında təhlil etdik.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






