İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya PUA HÜCUMU, yaxın 3 ayda FƏLAKƏT OLACAQ – DƏHŞƏTLİ XƏBƏRDARLIQ – CANLIda

1130 19.06.2024 12:10 Son xəbər A A


Rusiyann Belqorod vilayətinə PUA hücumu olub. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. “İyunun 19-u səhər saatlarında Ukrayna təyyarə tipli PUA-larla hücuma cəhd edib. Rusiya hava hücumundan müdafiə sistmləri tərəfndən PUA-lar zərərsizləşdirilib”, - məlumatda qeyd olunub.
Ukraynadakı müharibəyə görə dünya əsl fəlakətə yaxınlaşır və bu, 3-4 aya başlaya bilər.

Bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç İsveçrənin “Die Weltwoche” qəzetinə müsahibəsində bildirib. “Mən üçüncü dünya müharibəsindən yox, ciddi qarşıdurmadan danışıram... İnanıram ki, biz bundan çox da uzaqda deyilik. Yəni 3-4 aydan çox deyil. Və bunun daha tez baş verməsi riski var”, - o bildirib.
Vuçiçin sözlərinə görə, qatar getdi və heç kim onu dayandıra bilməz: “Əgər böyük dövlətlər heç nə etməsə, Ukraynada baş verəcək hər şeyin sonu qaranlıq olacaq. Bəli, tam əminəm ki, qısa müddətdə bizi əsl fəlakət gözləyir. Səbəb odur ki, heç kim sülhə nail olmağa çalışmır”.
Onun fikrincə, Qərb Ukraynada uduzmağa tab gətirə bilməz, ABŞ və NATO üçün bu, geosiyasi vəziyyətlərinin pisləşməsi deməkdir: “Həmçinin Putin müharibəni uduzsa, hər şeyini itirəcək. Hər iki tərəf karta hər şeyini qoyub. Heç kəs məğlubiyyəti özünə rəva görmür. Buna görə də mən açıq şəkildə bəyan etdim ki, biz əsl fəlakətə yaxınlaşırıq”.
O əlavə edib ki, bunun qarşısını almaq üçün heç bir yol görmür: “Bu gün mən neft, şəkər, duz – hər şey, bütün ehtiyatlarımızla bağlı məlumatları yoxladım, çünki gələcəyin hamımıza nə gətirəcəyini bilmirəm”.
Vuçiç onu da bildirib ki, Qərbdə insanlar Putini qiymətləndirməyi bacarmır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR