İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya neft embarqosu - AB daxilində ziddiyətlər dərinləşir

803 09.05.2022 13:57 Gündəm A A

Bolqarıstan Rusiya neftinin alınmasına dair təklif edilən qadağalardan istisna edilmədiyi təqdirdə Avropa İttifaqını Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləməyəcəyi ilə hədələyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu bazar günü axşam saatlarında Bolqarıstanın baş nazirinin müavini Asen Vasilyev bəyan edib.

Qeyd etmək lazımdır ki,ötən həftənin bazar günü Avropa İttifaqı hökumətləri Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı sərt sanksiyaları razılaşdırmağa olduqca yaxınlaşıblar. Lakin Rusiyanın enerjisindən ən çox asılı olan ölkələrin vəziyyəti hələ də sual doğurur və həmin səbəbə görə, bu gün əlavə danışıqların aparılması planlaşdırılır.

"Danışıqlar bu gün, hətta çərşənbə axşamı da davam edəcək və son yekun nəticəyə gəlmək üçün liderlərin görüşünə də ehtiyac yarana bilər. Bizim mövqeyimiz çox aydındır. Bəzi ölkələr üçün istisnalar həyata keçiriləcəksə, biz də sanksiyalara qoşula bilərik", - deyə Asen Vasilyev yerli BNT televiziyasına müsahibəsində danışıb.

“Əgər yox cavabı alsaq sanksiyaları da bloklayacağıq, lakin mən indiki müzakirələrin bu səviyyəyə çatacağını gözləmirəm”,-deyə bolqar rəsmisi sözlərinə əlavə edib.

Xatırlatmaq lazımdır ki, Avropa Birliyində dənizə çıxışı olmayan Macarıstan, Çexiya və Slovakiya kimi ölkələr də hələ sovet dönəmindən çəkilən kəmərlərlə gələn Rusiya neftindən çox asılıdırlar və onlar alternativ enerji mənbələri tapılmayana qədər Rusiyaya qoyulacaq neft embarqosunu onlara şamil olunmamasını tələb edilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR